Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov AFFA İcraiyyə Komitəsinin bugünkü qərarları ilə bağlı müsahibə verib.
- Qərarlar məlumdur, sizin şərhiniz necədir?
- Biz əvvəldən öz mövqeyimizi rəsmi şəkildə bəyan etmişik. Mən özüm də mətbuata əvvəl bildirmişəm ki, bəli, biz çempionatın davam etdirilməsinin tərəfdarıyıq, ancaq bu durumda yox. Məlumdur ki, həftənin iki günü qapanmalar olur və bu, komandanın hazırlaşmasına böyük maneədir. Həm də qorxurduq ki, futbolçularımız zədələnə bilər – artıq iki oyunçumuzla bağlı belə hal yaşandı. Mənə elə gəlir ki, futbolçular, futbol düşünülərək verilmiş düzgün qərardır. Artıq bizim həm avrokuboka hazırlaşmaq üçün vaxtımız var, həm də yeni mövsüm öncəsi də planlarımızı qura biləcəyik. Üstəlik, futbolçularımızı zədədən və xəstəlik təhlükəsindən qoruyuruq. Bütün bunlara görə düzgün qərar olduğunu hesab edirəm.
- “Neftçi”nin çempionluq şansı var idi, ancaq əzəli rəqibiniz "Qarabağ" qalib elan edildi...
- Əgər İcraiyyə Komitəsi belə qərar veribsə, buna riayət etməliyik. Əlbəttə, biz sona qədər mübarizə aparmağa hazır idik və aparacaqdıq da. Çempionluq uğrunda döyüşəcəkdik. Ancaq əgər belə qərar verilibsə, şərh edə bilmərik.
- Qərarı ədalətli hesab edirsiz?
- Hər halda, uzun müzakirələr aparılıb, bütün şərtlər nəzərə alınıb. Deməli, ədalətli qərardır.
- Avqustda Avropa Liqasında yeni mövsümə start veriləcək. Hazırlıq planları bəllidimi?
- Biz həm avrokubokun, həm də yeni mövsümün başlaması ilə bağlı dəqiq tarixləri bildikdən sonra planlı şəkildə hazırlaşacağıq. Məşqlərimizi bu günə qədər olan qaydada davam etdirəcəyik.
- Məşqlə oyun eyni olmadığı üçün yoxlama matçları keçirəcəksizmi?
- Əlbəttə, çalışacağıq ki, oyunlar çox olsun.
- Mövsüm davam etdiriləcəyi halda mümkün deyildi, ancaq indi ölkə xaricində toplanış variantı da var. Düzdü, sərhədlər bağlıdır, ancaq açılacağı təqdirdə, getməyi düşünəcəksiz?
- İndiki halda nəsə deyə bilmərik. Sərhədlər açılsa, getdiyimiz yer bizi qəbul etsə, ora başqa komandalar gəlsə, çalışacağıq ki, toplanış üçün gedək. Ancaq bu şərtlərin hər biri vacibdir. İmkan olsa, təbii ki, hazırlaşmaq üçün bu, daha yaxşı olardı. İndidən nəsə demək çətindi, vəziyyət göz qabağındadır.
- Heyətlə bağlı qərar vermək üçün mövsümün taleyinin necə olacağı gözlənilirdi. Gedənlər, qalanlar barədə ilkin fikirlər varmı?
- Çempionat barədə qərar bir qədər əvvəl verildi. Bu haqda hələ düşünəcəyik, müzakirələr aparacağıq. Hər şeyi götür-qoy etdikdən sonra qərar verəcəyik. İndi kimin gedəcəyi, kimin qalacağı barədə dəqiq nəsə deyə bilməyəcəm (Futbolpress.az).
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı