Rumıniyalı hücumçu "Qalatasaray"dan ayrıldı

Rumıniyalı hücumçu "Qalatasaray"dan ayrıldı
DÜNYA FUTBOLU 16 İyun 2020 / 21:16 3539
-  A +

“Qalatasaray”ın hücumçusu Florian Andone klubdan ayrıldığını açıqlayıb.

Qol.az xəbər verir ki, rumıniyalı futbolçus şəxsi İnstaqram hesabında bununla bağlı paylaşım edib. İstanbul klubunda hədəflərinə çatmadığı üçün üzüldüyünü bildirən 27 yaşlı forvard azarkeşlərlə vidalaşıb.

Andone müqavilə ilə İngiltərənin “Brayton” klubuna məxsusdur və ötən ilin sentyabrından “Qalatasaray”da icarə əsasında çıxış edir. Onun “cim-bom”la sözləşməsi iyulun 26-na qədərdir. 

“Qalatasaray”da 12 oyuna 2 qol vuran futbolçu Superliqanın son turunda “Rizəspor”la görüşdə zədələnib və mövsümün sonuna qədər oynaya bilməyəcəyi açıqlanıb.

Son xəbərlər