Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etidiyi "Erzgebirge" öz meydanında "Karlsrue" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Sabiq komandasına qarşı görüşün start heyətində meydana çıxan Nazarov 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Erzgebirge" xalını 41-ə çatdıraraq 7-ci pilləyə yüksəlib.