"Napoli"nin futbolçusu Dris Mertens klubu ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılacaq.
Qeyd edək ki, Mertens "Çelsi"nin təklifini rədd edib.