A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi - Adlar

A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi -  Adlar
DÜNYA FUTBOLU 15 May 2020 / 13:10 2078
-  A +

İtaliya A Seriyasının 9 təmsilçisi mayın 18-də məşqə başlamaqdan imtina edib.

Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, bunlar "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoria" və "Genoa"dır.

Bu klublar çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokoldan narazıdır.  Protokolda göstərilir ki, oyunçulardan birində və ya klubun hər hansı işçisində koronavirus  aşkar edilərsə, bütün komanda 15 gün ərzində karantinə göndəriləcək.

İtaliya klubları Bundesliqa nümunəsindən istifadə edilməsinin tərəfdarıdır. Bundesliqanın tibbi protokolunda qeyd olunub ki, koronavirusa yoluxma halında yalnız həmin şəxs karantinə göndərilir, komanda isə müvafiq testlərdən keçirilir.

Qeyd edək ki, İtaliya A Seriyasının iyunun 13-də bərpa olunacağı açıqlanıb.

Son xəbərlər