2019/20 Azərbaycan Premyer Liqasının erkən başa vurulması ehtimalı var.
Prezident İlham Əliyev dünən Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılış mərasimində çıxışında bildirib ki, Azərbaycanda mayın 31-dək tətbiq olunan karantin rejimi yenidən uzadıla və sərtləşdirilə bilər. Əgər koronavirusa yoluxanların sayında artım müşahidə olarsa, bu halda mayın 31-dən sonra da karantin rejimi uzadılacaq və futbol da daxil olmaqla kütləvi yarışların keçirilməsi iyun ayında belə mümkün olmayacaq.
Mayın 25-dək isə UEFA-ya rəsmən bildirilməlidir ki, çempionat və kubok yarışı başa çatacaq, ya yox?.. Hazırda AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi qeyri-müəyyən durumdadır.
Bəs, Azərbaycan Premyer Liqası erkən başa vurulsa, bu halda Avropa kuboklarına kimlər gedəcək? Hazırda iki versiya daha realdır.
Birinci versiya
8 xallıq fərqlə lider olan "Qarabağ" çempion elan edilir və Çempionlar Liqasına gedir. 2, 3 və 4-cü (kubokun qalibi kimi) yerdə qərarlaşan komandalar isə Avroliqada oynamaq hüququ əldə edir.
İkinci versiya
Çempion elan edilmir. Amma hazırkı lider Qarabağ ÇL-ə, müvafiq olaraq sonrakı 3 pillədə qərarlaşan "Neftçi", "Keşlə" və "Sumqayıt" AL-ə gedir.
Bununla belə, avrokuboka dördüncü vəsiqənin “Sumqayıt”a verilməsi mübahisə mövzusu ola bilər. Çünki “Sumqayıt” kimi “Zirə”nin də 23 xalı var və yalnız şəxsi matçlara görə onlar beşinci yerdədir. “Sabah”, “Səbail”in 20, “Qəbələ” isə 19 xal toplayıb. Çempionatın bitməsi 8 tur qaldığını nəzərə alsaq, onların da mümkün qərara etiraz etmək hüququ var. Amma məlum səbəblərdən həmin klubların da güzəştə gedəcəyi ehtimalı yüksəkdir.
Hazırkı durumda Azərbaycan kubokunun oyunları davam etdirilməsi real görünmür. Əgər mövsüm erkən başa vurulsa, təbii ki, yarımfinaldan dayandırılmış kubok oyunları da böyük ehtimal keçirilməyəcək. Bu halda kubokun qalibi qismində Avropa kubokuna turnir cədvəlində 4-cü yerdə qərarlaşan hazırkı komanda - "Sumqayıt" gedəcək.
Düzdür, başqa variantlar da ola bilər. Amma çempionat bərpa olunmasa, daha real variant kimi bunlar görünür.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Avropanın nüfuzlu çempionatlarından Fransada liqasında mövsüm erkən başa vurulub və PSJ çempion elan edilib. Niderlandda isə mövsüm vaxtında əvvəl dayandırılsa da, çempion elan edilməyib. Amma turnir cədvəlində komandaların tutduqları yerə uyğun olaraq onlara avrokuboklarda iştirak hüququ verilib.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi