"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Xəzər TV"yə müsahibəsində koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə müqaviləsi başa çatan futbolçuların durumundan danışıb.
Qol.az xəbər verir ki, klub rəsmisi bildirib ki, bu hal tarixdə ilk dəfə baş verdiyi üçün hər hansı bir nümunə və ya təsnifat yoxdur və hər şey fərdi qaydada həll olunur:
"İndiki halda, futbolçu "Müqaviləm bitir, mən gedirəm" deyə bilər. Müqaviləsi bitənlər də kateqoriyalara bölünürlər. Sözləşməsi yekunlaşan, amma icarədə olanlar da var, anlaşması tamamilə yekunlaşanlar da. Üçüncü hal da ola bilər ki, hər hansı futbolçu müqaviləsinin bitməsinə 6 ay qalmış başqa klubun müvafiq sənədinə imza atsın.
Sırf "Qarabağ"a gəldikdə, bizim klubun, sponsorumuzun fəlsəfəsi elədir ki, futbolçular hər zaman razı ayrılıblar. Müqaviləsi davam edənlər isə indiyədək hər hansı problemlə qarşılaşmayıblar. Ona görə də düşünürük ki, hər hansı futbolçumuza "15-20 gün artıq qal, oyna" desək, bizə ən azı insanlıq cəhətdən problem yaratmayacaqlar".
Eyni zamanda Avropa Klublar Assosiasiyasında İşçi Qrupun sədr müavini olan Əsgərov bildirib ki, yay transfer pəncərəsinin indiki halda avqust və ya sentyabrda açılacağından hər hansı futbolçu klubunu dəyişməsi ilə əlaqədar problem yaşamayacaq.
"Qarabağ" yeni əməkdaşlığa başladı
"Kayrat" ÇL-ə sifariş etdiyi oyunçu ilə yollarını ayırdı
Türkiyə nəhəngləri "Real"ın oyunçularını hədəflədilər
"Barselona" yetirməsi ilə yollarını ayırdı
İslandiya - Azərbaycan matçı üçün - Heyətlər
"İmişli" yoxlama oyununda qalib gəldi
Millimizin Gürcüstanla oyunları üçün heyəti müəyyənləşdi
“Liverpul” Salahı onunla əvəz etmək istəyir
“Messi Fransada çox aqressiv ab-hava ilə üzləşdi”
Boksçumuz növbəti mərhələyə yüksəldi - Dünya çempionatı
Fransa klubundan baş məşqçi ilə bağlı qərar
"Qarabağ" niyə hücumçu almadı? - Tahir Gözeldən cavab
Millimizin üzvü əvəzedici komandaya göndərildi
"Qarabağ" prezidentindən BOS açıqlaması
"Benfika"da ayrılıq
İngiltərə millisinin heyətindən çıxarıldı
Villianın yeni klubu bilindi
Cavid İmamverdiyev bu kluba keçdi
Azərbaycan millisi DÇ-2026-da - Reallıqlar, problemlər...
1-ci liqada ilk turun oyunlarının saatı açıqlandı
"Milan" Bennaseri icarəyə verdi
Sabah 2-ci liqa başlayır - Oyunların təqvimi
Mitroviç klubunu dəyişdi
Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək
Cənubi Amerikadan bu komandalar DÇ-2026-ya vəsiqə qazandılar
Montellaya Türkiyə vətəndaşlığı veriləcək
Millimizin İslandiya ilə oyunöncəsi məşqindən - Şəkillər
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Toni Kroos: “İsaka görə ödənilən məbləğ şişirdilib”
Santuş: “Tarix yazmaq istəyirik”
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
“40 yaşında Modriçin səviyyəsində olmaq inanılmazdır”
"Atletiko" İngiltərə klublarının təkliflərini rədd etdi
Türkiyə millisindən tarixi uğur