A Seriyasında da mövsüm ləğv oluna bilər - Nazirdən açıqlama

A Seriyasında da mövsüm ləğv oluna bilər - Nazirdən açıqlama
XƏBƏR 29 Aprel 2020 / 17:51 1725
-  A +

İtaliyanın idman naziri Vinçenzo Spadafora A Seriyasında bu mövsümün gələcəyi ilə bağlı önəmli açıqlama verib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bu mövsümün bərpası ehtimalının az olduğunu deyib:

"Fransa və başqa ölkələrin verdiyi qərarlar İtaliyanın da həmin xətt üzrə getməsinə səbəb ola bilər. A Seriyasının yenidən başlamaq ehtimalının az olduğunu düşünürəm. Məncə, A Seriyasının növbəti iclasında bir sürpriz ola bilər. Klubların çoxu bizdən mövsümü vaxtından əvvəl başa vurmağı və növbəti çempionata ən yaxşı formada hazırlaşmaqlarını istəyə bilərlər".


Son xəbərlər