Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfransı keçirilib.
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə martın ortalarında yaradılan iki işçi qrupun yarışlarla bağlı təklif etdiyi 2 variant müzakirə olunub.
Variantlardan biri milli çempionatların avrokuboklardan əvvəl başlaması, Çempionlar Liqası və Avropa Liqası oyunlarının isə avqustda keçirilməsi planıdır. İkinci variant isə daxili yarışlar və avrokubokların paralel şəkildə başa çatdırılmasıdır.
Yığıncaqda daxili yarışları hazırkı formatla bitirmək mümkün olmayacağı təqdirdə klubların avrokuboklarda iştirakının idman prinsipləri əsasında müəyyənləşdirilməsi üçün başqa formatlardan istifadə oluna biləcəyi də qeyd olunub.
UEFA milli assosiasiyaların daxili çempionatlarını vaxtından əvvəl başa vurmaları üçün şərtləri də açıqlayıb.
Milli çempionatların iki halda erkən yekunlaşa biləcəyi vurğulanıb: Növbəti mövsümün başlanğıcınadək hazırkı yarışların başa vurulmasına imkan verməyən, idman yarışlarının ləğvinə dair rəsmi sərəncam olduqda və qarşısıalınmaz maddi problemlər mövsümün yekunlaşdırılmasına imkan vermədikdə
Milli çempionatlar qeyd olunan səbəblərə görə vaxtından əvvəl yekunlaşdıqda UEFA müvafiq milli assosiasiyadan 2020/2021 mövsümündə avrokuboklara qatılmaq üçün idman prinsipləri əsasında klub seçməyi tələb edəcək. Klub seçimi proseduru obyektiv, şəffaf qaydada və ayrıseçkilik etmədən aparılmalıdır. Əks halda, milli assosiasiya və liqalar daxili yarışlarda konkret şəraiti nəzərə almaqla yekun mövqeləri müəyyənləşdirmək hüququna malik olmalıdırlar.
Klub yarışları üçün yerlərin müəyyənləşdirilməsini milli səviyyədə müvafiq səlahiyyətli orqanlar təsdiqləməlidirlər.
UEFA vaxtından əvvəl yekunlaşdırılmış liqalarda milli assosiasiyanın təklif etdiyi istənilən klubdan imtina və ya onu dəyərləndirmək hüququna malikdir. Bu, 3 halda mümkündür:
1. Daxili yarışlar UEFA tövsiyələrindəki və ya ictimai sağlamlıqla əlaqədar istənilən digər qanuni səbəblərdən vaxtından tez dayandırılmayıbsa.
2. Klublar obyektiv və şəffaf olmadan, diskriminasiyaya yol verilməklə seçildikdə.
3. Təsnifat prosesində ədalətsizliyə yol verildikdə.
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı