“Sportinq” məşqləri bərpa etdi

“Sportinq” məşqləri bərpa etdi
XƏBƏR 21 Aprel 2020 / 18:33 1307
-  A +

Portuqaliyanın “Sportinq” klubu məşqlərini bərpa edib.

Qol.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məşq zamanı futbolçular qruplara bölünərək, sosial məsafəni qoruyub.

Futbolçular iki məşqçi və bir həkimin nəzarəti altında çalışıblar.

Qeyd edək ki, "Sportinq" 24-cü turda dayandırılan çempionatın turnir cədvəlində 42 xalla 4-cü pillədə qərarlaşıb.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi