"Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq" - Arda Turan

"Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq" -  Arda Turan
XƏBƏR 11 Mart 2020 / 13:10 2871
-  A +

Türkiyə millisinin sabiq üzvü Arda Turan “ay-ulduzlular”ın Avro-2020-nin pley-off mərhələsinin iki oyununu Bakıda keçirəcəyinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, “Milliyet”ə müsahibəsində deyib ki, komanda Bakıda ev sahibi kimi oynayacaq:
“Komandamıza çox güvənirəm. Azərbaycanda ev sahibi kimi iki oyunumuz olacaq. Rəqiblərimizdən olan İtaliya da seçmə mərhələdə yaxşı çıxış edib, 10 oyunun hamısında qalib gəliblər. Bununla belə, millimizin çox uğurlu olacağına inanıram”.

Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. Komanda iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq