"Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür” - Elxan Məmmədov

"Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür” -  Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 3 Mart 2020 / 22:42 4659
-  A +

"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir".

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirərkən deyib.

O, AFFA-nın saytına açıqlamasında yığmamızın normal qrupa düşdüyünü və bu rəqiblərlə mübarizə aparmaq gücündə olduğunu bildirib: "Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.

Daha çox


Son xəbərlər
14.05.24  11:28

Qrizmann 1-ci oldu

14.05.24  09:28

"Bavariya"ya "yox" dedi