Ronaldonun anası insult keçirdi

Ronaldonun anası insult keçirdi
DÜNYA FUTBOLU 3 Mart 2020 / 15:41 3693
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveironun səhhətində problem yaranıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 65 yaşlı qadın dünən gecə insult keçirib və təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin cərrahi müdaxiləsi sayəsində iflic və digər ciddi problemlərin olmasının qarşısı alınıb.

Ronaldonun anasının şüurunun yerində, vəziyyətinin sabit olduğu bildirilib. Onun müalicəsinin xəstəxanada davam etdirildiyi vurğulanıb.


Son xəbərlər