Ronaldo "Real"ın oyununa gəldi - Video
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo sabiq komandası “Real”ın La Liqanın 26-cı turunda “Barselona” ilə oyununu (2:0) canlı izləyib.
Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu “Santyaqo Bernabeu”da keçirilən görüşə stadiondan baxıb.
Xatırladaq ki, 34 yaşlı futbolçu 2009-2018-ci illərdə Madrid klubunda çıxış edib.