Millimizin futbolçusu Ramil Şeydayev “Sabah”a transferini təsdiqləyib.
Qol.az xəbər verir ki, 1news.az saytına müsahibəsində 23 yaşlı hücumçu deyib ki, bu qərarı doğru hesab edir: “Uzun vaxt idi oynamırdım. Mənim böyük iddialarım və “Sabah”dan gözləntilərim var. Azərbaycanda bir komandaya keçəcəkdimsə, bu, yalnız “Sabah” ola bilərdi. Klub rəhbərliyi ilə uzun müddətdir danışıram və onlara söz vermişdim ki, Azərbaycana qayıtsam, yalnız “Sabah”ı seçəcəyəm. Klubun layihələri ilə yaxşı tanışam. Deyə bilmərəm ki, bu mövsüm bütün oyunlarını izləmişəm. Amma baxmışam. Hiss edirəm ki, “Sabah”a kömək edə bilərəm. Kimsə əsas heyətdə oynayacağıma təminat verə bilməz. Mütləq öz üzərimdə işləməli və nəyə qadir olduğumu göstərməliyəm”.
Şeydayev komanda seçiminin niyə uzun çəkməsi barədə də danışıb: “Təkliflər var idi. Bir tərəfdən bəzi klublara keçidim alınmadı. Digər tərəfdən bəzi yerlərə özüm getmək istəmədim. “Dinamo”dakı karyerama gəlimcə, indi bunu şərh etmək istəməzdim. Fikrimcə, 2019-cu ili pis keçirmədim. Bəzən alındı, bəzən isə yox. Amma hər şey Allahdan asılıdır. Deməli, qismət belə imiş”.
Bununla belə, Şeydayev bildirib ki, yayda xaricdə özünə yeni klub tapmaq fikrindədir: “Hər şey bu mərhələni necə keçirəcəyimdən asılıdır. Amma Azərbaycanda çox qalmaq istəmirəm”.
Xatırladaq ki, Şeydayevin son klub Moskva “Dinamo”su olub. O, “Sabah”a azad agent kimi keçib. Hələlik klub transferin müddəti barədə rəsmi açıqlama verməsə də, onun mövsümün sonuna qədər Azərbaycanda oynayacağı bildirilir.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan dünya çempionu oldu
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu