"Herta"nın baş məşqçisi Yürgen Klinsmann istefa verib.
Qol.az xəbər verir ki, bu barədə o, özünün "Feysbuk" hesabında yazıb. 55 yaşlı çalışdırıcı Bundesliqada qalmaq uğrunda mübarizədə birlik, konsentrasiyanın vacib olduğunu, bunlar olmadıqda məşqçinin öz imkanlarından istifadə edə bilməyəcəyini bildirib. Y.Klinsmann bu səbəbdən uzun müddət düşündükdən sonra istefa verdiyini yazıb.
Berlin təmsilçisi də alman mütəxəssisin istefasını təsdiqləyib. Klub bu qərara təəccübləndiyini açıqlayıb. Komandanı müvəqqəti olaraq Aleksandr Nourinin çalışdıracağı bildirilib.
Qeyd edək ki, "Herta" hazırda ölkə çempionatında 23 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Klinsmann noyabrın sonunda "Herta"ya baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 10 rəsmi matçda 3 qələbə qazanmışdı.
Türkiyə millisində itki
2026/27 mövsümü Çempionlar Liqasına vəsiqəni indidən qazanıblar - Stadionları isə valehedicidir
İspaniya Superkubokunun təqvimi bilindi
Rəqibimizdə daha bir itki
Jordi Alba karyerasını başa vurur
Azərbaycan güləşçilərindən 6 medal - III MDB Oyunları
Emre Belözoğlu istefa verdi
Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi
Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi oldu
Superliqada daha bir istefa
“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı
"Atletik"in "Qarabağ"la oyunqabağı problemləri yaranıb
III MDB Oyunları: Azərbaycan qılıncoynadanları finalda
"Sabah"ın qapıçısı Qazaxıstan millisinə dəvət alıb
Oktyabrın 9-u, "Park de Prens"də...
"Hamımızın bacarığına, xarakterinə bələddir" - Musa Qurbanlı
Parisə gedən yol Mərdəkandan başladı - Şəkillər
Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb