“Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunda bu gün "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı. Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyun olmasıdır. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim. İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək. Premyer Liqanın ən gənc komandasıyıq. Heyətimiz əsasən akademiyanın yetirmələrindən qurulub. Biz komandaya inanırıq. Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var bu haqda düşünmürük”.
Baxşıyev heyətin yeni futbolçu ilə gücləndirilə biləcəyini də qeyd edib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdır. Hər məşqçi komandada rəqabətin artmağını istəyər. Oyunçular rəqabət olduqca öz üzərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi
"Fənərbaxça"nın qapıçısı ölkəsinə qayıdır
Bu həftə qələbə qazanmasa, istefaya göndəriləcək