"Neftçi"nin futbolçusu Saman Nərimancahan Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda fikirlərini bildirib.
- Qırmızı vərəqə ilə cəzalandırılana qədər yaxşı çıxış edirdik. Azlıqda qaldıq, buna görə də bir az çətin oldu. Allaha şükür, 10 nəfərlə də qol vurmağa çalışdıq. Bir neçə epizodumuz da oldu, qolla nəticələnə bilərdi. Biz "Neftçi" komandasıyıq, güclüyük. 1:1 hesabı bizi qane etmir. O biri matçda bundan da yaxşı oynayacağıq.
- Baqali Dabonun vurduğu qolun ötürməsini siz vermisiniz. Hansı hissləri keçirirsiniz? Ümumiyyətlə, Azərbaycan çempionatına alışdınızmı, gözlədiyiniz kimi oldumu?
- Çox şükür, uğurlu çıxış etdim. Əlavə 2 ötürməm də oldu ki, qolla nəticələnə bilərdi. Amma alınmadı. İnşallah, növbəti görüşlərdə də komanda yoldaşlarımla birləşib, birgə yaxşı oyun göstərərik.
- Gələn matçı "Qarabağ"a qarşı keçirəcəksiniz. Premyer Liqanın lideri olan komandadır. Bu turda hələ oynamayıblar, amma sizdən 5 xal öndədirlər. Əsas müdafiəçilərinizdən biri də yoxdur. Bu oyun haqda nə düşünürsünüz?
- "Qarabağ" güclü komandadır. Amma biz də istəyirik ki, çempion olaq. Onları məğlub edib, xal fərqini azaltmağa çalışacağıq. Çətin oyun olacaq. Amma biz də "Neftçi"yik. Hər iki komanda güclüdür. İnşallah, hər şeyi oyun göstərəcək. Fikrimcə, hansı komanda rəqibin səhvlərindən yararlana bilsə, o da udacaq.
- Siz bu komandaya gələndə baş məşçiniz Roberto Bordin idi. Sonra isə dəyişərək Füzuli Məmmədov oldu. Onların arasında hansısa fərq hiss edirsiniz?
- Mən komandaya gələndən sonra Bordin 10 gün baş məşqçilik etdi. Həmin vaxt da ancaq yoxlama oyunları olurdu. Ona görə də bir şey deyə bilmirəm. Amma Füzuli Məmmədov da çox can yandırır. Yaxşı taktikaları var. O, ilk dəfədir ki, baş məşqçi kimi "Neftçi"ni rəsmi oyuna çıxardl. Məncə, bundan sonra hər şey yaxşılaşacaq. Amma 1:1 hesabı ilə razılaşmamalıyıq. Bu, bizim üçün yaxşı nəticə deyil. Qaneedici tək şey odur ki, bunu azlıqda qaldığımız halda etmişik.
- Azərbaycan və İran çempionatı arasındakı fərq çox böyükdür?
- Bir matçla nəsə deyə bilmərəm. Orada 9-10 il çıxış etmişəm. Burada isə cəmi 1 qarşılaşmada oynamışam. Fərq var. Amma İran çempionatında da texnikalı futbolçu çoxdur. Hər komanda da 5-6 belə oyunçu var. Burada isə oyunun sürəti yaxşıdır. Hərəsinin özünə görə üstünlüyü var. Ona görə də hansının üstün olduğunu deyə bilmərəm. Mən yaxın zamanda komandaya uyğunlaşıb, daha yaxşı çıxış etmək istəyirəm.
- Bəs, Azərbaycan millisində oynamağı düşünürsünüz? Gələcəkdə belə bir şey ola bilər?
- Mən İranda 23 yaşlılardan ibarət milli komandada çıxış etmişəm. Mən də bir türkəm, təbrizliyəm. Niyə olmasın? Olarsa, özüm də çox sevinərəm.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026