Moskvanın “Dinamo” klubunun milli komandamızın hücumçusu Ramil Şeydayevlə müqaviləni ləğv etməsi futbolçunu narazı salıb.
Qol.az xəbərinə görə, “Sport-ekspress” qəzeti yazıb ki, futbolçunun yaxınları Ramilin hələ daha yarım il – müqaviləsinin müddəti başa çatana qədər “Dinamo”da oynayacağını nəzərdə tutubmuş. Bu məsələ ilə əlaqədar Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər üzrə Palatasına müraciət ediləcəyi istisna olunmur.
Amma qəzet yazıb ki, “Dinamo” hüquqi tərəfdən öz mövqeyini qoruyacağına əmindir. “Çünki futbolçu kluba keçəndə müqavilənin 2020-ci ilin yanvarın 15-nə qədər ləğvinin mümkünlüyünə dair razılıq da olub” – deyə qəzet bildirib.
Xatırladaq ki, bu gün “Dinamo” rəsmən R.Şeydayevlə müqavilənin ləğv olunduğunu açıqlayıb.
100-cü oyun
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər
"Qəbələ" - "Neftçi": Heyətlər