Bu gün Britaniya mətbuatında müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin karyerasını "Qarabağ"da davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.
Ağdam klubunun direktoru Əmrah Çelikel məsələyə münasibət bildirib.
O, Qol.az-a açıqlamasında bosniyalı qapıçının transfer qiymətinin Ağdam təmsilçisinə uyğun olmadığını deyib: "Beqoviçə görə klublar arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcənin üstündədir".
Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində