Millimiz üçün daha bir rəqib - Uels də var

Millimiz üçün daha bir rəqib -  Uels də var
ÖLKƏ FUTBOLU 8 Yanvar 2020 / 11:51 2435
-  A +

Azərbaycan millisinin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, milli komanda Latviya ilə qarşılaşacaq. Əlavə edib ki, Uelslə oyun da planlaşdırılır: "Martda Maltayla səfərdə yoxlama oyunu keçirməklə yanaşı, daha bir matç planlaşdırırıq. Bu, Latviya yığmasıdır. Həmin oyunu da Maltada keçirməyi düşünürük. Bundan əlavə,  mayda Türkiyə ilə qarşılaşacağıq. Bir də Uels Futbol Federasiyası bizə müraciət edib. Onlar Avropa çempionatına hazırlıq çərçivəsində son oyunlarını bizimlə keçirmək istəyirlər. Çünki qrup oyunlarının ikisini Bakıda keçirəcəklər. Elə bu səbəbdən də bizimlə burda oynamaq istəyirlər".

Daha çox


Son xəbərlər