UEFA prezidenti Aleksander Çeferin bəyan edib ki, o, bu qurumun rəhbəri olduğu müddətdə “Avro-2020” kimi çempionat formatına imkan verməyəcək.
Qol.az xəbər verir ki, bu haqda o, Polşanın “Sport” nəşrinə müsahibəsində deyib. Çeferin deyib ki, qarşıdakı yarış nəqliyyat problemlərinə görə çətinlik yaradacaq.
“Avro-2020 istisna formatdır. Mən əminəm ki, bu format bir daha təkrarlanmayacaq. Ən azı mən bu qurumun rəhbəri olduğum müddətdə. Bəli, mən bu formatın tərəfdarı deyiləm. Bu, loqistik baxımdan bizim üçün böyük çağırışdır. Hələ azarkeşlər barədə danışmıram. Onar millilərinin oyunlarına baxmaq üçün komandalarını izləməli olacaqlar. Fərqli valyutalar, bahalı aviabiletlər, otellər, vizalarla bağlı çətin qanunlar... Bəzi ölkələr Avropa Birliyinə daxil deyil. Bütün bunlar çoxlu problem yaradır.
Bizi qitə boyu səhayətlər gözləyir: Bakıdan Dublinə, Sankt-Peterburqdan Bilbaoya qədər. Bu, hər gün təkrar olacaq. Bu, asan deyil. Amma mən inanıram ki, bizdə alınacaq. Sonra biz Avropa çempionatı, kuboklarının daha əlverişi yerlərdə keçirilməsi məsələsinə baxacağıq”.
Çeferin bildirib ki, Avro-2020-nin formatı bir çox çatışmazlıqlar üzə çıxaracaq. “Mən təminat verirəm ki, bu, bir daha təkrarlanmayacaq. Bununla yanaşı hər hansı hadisə baş verməmiş indidən tənqid səsləndirməyin tərəfdarı deyiləm”.
UEFA prezidenti qeyd edib ki, Avro-2020-nin təşkilatçılarından bəzi ölkələr (ö cümlədən Azərbaycan millisi – red.) bu çempionatda oynamayacaqlar:
“Bu yarış ciddi sınaq olacaq. Romadan Bakıya səyahət ekstrim olacaq. Amma bir halda ki, geriyə yol yoxdur, mən nikbin olmağa çalışacağam. Biz maksimum əlimizdən gələni edəcəyik ki, turnir yüksək səviyyədə keçsin. Yekun nəticədə bu, tarixi hadisə olacaq”.
Qeyd edək ki, UEFA-nın 60 illiyi ilə əlaqədar Avropa çempionatının tarixdə ilk dəfə olaraq qitəninin 12 şəhərində keçirilməsi ideyası qurumun sabiq prezidenti Mişel Platiniyə məxsusdur. Lakin bu qərar artıq 2017-ci ildə, UEFA-ya Aleksander Çeferinin prezidentliyi dövründə qəbul olunub.
Bizi Feysbukda da izləyin!
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər