"Tottenhem"in baş məşqçisi Joze Mourinyo futbolçusu Son Hın Minin qırmızı vərəqə aldığı epizodu şərh edib.
Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasınının 17-ci turunda "Çelsi" ilə matçda rəqib futbolçu Antonio Rüdigerlə toqquşmadan sonra təpiklə onun qarnına vurub. Rüdiger qarnını tutaraq yerə yıxılıb. Bu hərəkətinə görə Son qırmızı vərəqə ilə cəzalandırılıb.
"Sky Sports"a danışan portuqaliyalı mütəxəssis baş verənlərlə bağlı deyib: "Ümid edirəm ki, Premyer Liqa olduğu kimi qalacaq və gələcəkdə də belə olacaq. Mən irqçi şüarlar haqda yox, Sona verilən qəribə qırmızı vərəqədən danışmaq istəyirəm. Premyer Liqada Rüdigerin etdiklərinə yer yoxdur. Qalx və oyna, sən kişisən! Bura İngiltərədir! Bu, Latın Amerikasında, Portuqaliyada, İspaniyada və ya İtaliyada edilə bilər. Belə hərəkətlər onlar üçün xarakterikdir, İngiltərənin çempionatı üçün yox".
Bizi Feysbukda da izləyin!
"Karvan"da iki ayrılıq
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi