"Neftçi"nin futbolçusu Soni Mustivar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Sumqayıt"a uduzduqları oyundan sonra brifinq keçirib. Haitili yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
- Kifayət qədər yaxşı oynamadıq. “Sumqayıt” əks-hücumlarda yaxşı mübarizə apardı. Bir neçə şansdan istifadə edə bilmədik. Bu, əsas səbəb deyil. Biz rəqib qədər aqressiv və istəkli deyildik. Cavab oyununda biz də belə olmalıyıq.
- Çempionatda “Sumqayıt”ı hər iki oyunda məğlub etmişdiniz. Bu matçda da qalib gələcəyinizi düşünürdünüz?
- Xeyr, bu cür düşüncələr yox idi. Belə fikirlərlə meydana çıxmamışdıq. İl və mövsüm ərzində 2 dəfə qalib gəldiyimiz komandalar var. Hər bir oyuna maksimum köklənməliyik.
- Növbəti mərhələyə yüksəlmək şanslarınız azalıb?
- Deməzdim ki, şanslarımız az qalıb. Sumqayıtda ən azı 2 topla qalib gəlməliyik. 1 top vurmaq da bizi qane edəcək. Qələbə qazanmalıyıq. Bizim yaxşı oyunçularımız var və onların yaxşı üstünlükləri var. Bu da bizə qalib gəlməyə kömək edəcək.
- Emin Mahmudovsuz oynamaq çətindir?
- Emin Mahmudov əla futbolçudur. O, Premyer Liqada istənilən komandada oynaya bilər. Hər bir komanda belə futbolçunun yoxluğunu hiss edər. Ümid edirəm ki, cavab matçına qayıdacaq.
- İki hücumçunuz var və onlar ehtiyatda idi. Hücumçusuz oynamaq sizə qəribə gəlirdi?
- Bu, baş məşqçinin qərarıdır. Hörmətlə yanaşmalıyıq. Kifayət qədər futbolçularımız var və onlar ön xəttdə özlərini göstərə bilər. Bu gün belə qərar verildi.
- Ötən mövsüm “Qarabağ” “Neftçi”dən 5 xal geri idi və sonda çempion oldu. İndi siz bu komandadan 6 xal geri qalırsınız. Çempion ola biləcəksiniz?
- “Qarabağ” bunu bacarıbsa, biz niyə etməyək? (Report)
Bizi Feysbukda da izləyin!
"Bavariya" Noyeri itirdi
"Milan"da yeni müqavilə
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü