Türkiyə Superliqasının nəhəngi "Qalatasaray" qış transfer pəncərəsi ərəfəsində heyətini yenidən formalaşdırmağa hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, "sarı-qırmızılar"ın yanvar ayında forma geyinmək şansı qazanmaqda çətinlik çəkən Yusuf Demir, Ahmed Kutucu və Berkan Kutlu ilə yollarını ayıracağı gözlənilir.
Qeyd edək ki, bu ayrılıqlar fonunda klubun transfer pəncərəsində əsas hədəfi məhz orta sahəni gücləndirməkdir. Məlumata görə, baş məşqçi Okan Buruk rəhbərlikdən xüsusilə "6 nömrə" mövqeyində oynayan, müdafiə keyfiyyətləri yüksək olan futbolçunun transfer edilməsini tələb edib.
"Barselona" uduzdu
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var