“Neftçi”nin kemiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Azərbaycan millisi ilə bağlı Feysbuk statusunda paylaşım edib.
Qol.az xəbər verir ki, o, yazıb:
“Son günlər, həftələr Yurçeviç, Sopiç, Velebit, Prosineçki, futbol məmurlarının hər çıxışları, açıqlamaları ayrı-ayrılıqda geniş araşdırma, təhlillər tələb edir. Hələ ki, qısa münasibətlə kifayətlənək.
Prosineçki "daha uğurlu (böyük) nəticələr" deyəndə nəyi nəzərdə tutur, Yurçeviçin bir xalını?! Yaxşı "sağma ferması" tapıblar, biri gedir, digəri gətirilir. Bir milyona bir xal, indi də əvvəlki illərdə olduğu kimi maksimum "rekord" xallarla olar ilinə 2-3 milyon. Dollar, avro, manat yox...
Nəticə - final mərhələsidi! Bir də ki, Prosineçkinin dünənə qədər çalışdırdığı millini pley-of oyunları, final mərhələsinə şans gözləyir. Daha keyfiyyətli futbolçularla daha böyük nəticələr lazım olmadı?!.
Vaxtilə Azərbaycanda olanda "Bursaspor"dan yağlı tikə iyi gəldi, indi də yenidən geridönüş, Bakı iyi... "Azərbaycan millisinin daha böyük nəticələr qazanması üçün bütün şərait var" deyəndə... Qazanaydız, əl-qolunuzdan tutan var idi?!
Hələ ki, müqavilə bağlanana kimi "nağıllar" lazımdır. Sonda danışılacaq yeni "nağılların" zamanı deyil. "Başların futboldan başı çıxmır", "əlimin altında "Real", "Barselona"nın futbolçuları yoxdur", "futbolçu yetişmir", "uşaq futbolu bərbad vəziyyətdədi", və s. i....
San Marino, Cəbəllütariq kimi rəqiblər üzərində "rekord" xallar və bir qədər "bəxtin" gətirməməsi təbliğatı ilə 1-2 ilin yola verilməsi günləri heç də uzaqlarda deyil. Əsas, ciblərə növbəti 3-5 milyonun axıdılmasıdı.
15 ilə Torres, Foqts, Prosineçki, Yurçeviç və yerli baş məşqçilər... İndi də yenidən əcnəbi. Olmasın Prosineçki, olsun başqası. Bu illər ərzində nə dəyişib?! Dəyişən futbol deyil, güzəranlardı.
Azərbaycan futbolunun problem(lər)i baş məşqçi məsələsi deyil!
Növbəti "nağıllar" aləminə davam...”
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq