"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Düdelanj"la 1:1 hesabı ilə heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Sonuncu oyunumuz idi. Qalib gəlmək istəyirdik. Amma alınmadı. Düşünürəm ki, Avroliqadaki qrupumuz bizim üçün heç də pis olmadı. Nəticə baxımından itkilərimiz oldu, lakin oyun, yaratdığımız şanslar baxımından daha çox şey edə bildik. Bununla belə sonda nəticə qazana bilmədik. Məncə, adımıza layiq mübarizə apardıq. Sadəcə olaraq bəzi epizodlarımızda şanssızlığımız oldu deyə növbəti mərhələyə çıxa bilmədik.
- Qrupdan çıxmaq şanslarınız olsaydı, "Qarabağ" "Düdelanj"la belə oynayardı?
- Məncə qrupdan çıxmaq şansımız olsaydı bu qədər azarkeş olmayacaqdı. Bu hal onlarla yanaşı bizdə də fərqli ab-hava yaradacaqdı. Yenə də bir komanda olaraq o əhval-ruhiyyəni qoruyub, saxlamağa çalışdıq. Yəni bizim üçün son görüş olmasına baxmayaraq heç də əhəmiyyətsiz oyun deyildi.
- Amma görünürdü ki, belə deyil.
- Bilirsiniz, son zamanlar ardıcıl yüklənmişik, komandada biraz yorğunluq var idi. Xüsusi ilə də APOEL ilə oyundan sonra psixoloji cəhətdən bizim üstümüzə gəldilər. Qalibiyyət gözlənildiyi halda, o oyunda heç nə edə bilmədik deyə təzyiq edənlər var idi. Mənim fikrimcə, bunlar da bizi çox yormuşdu. Lakin, yenə də qalib gəlmək üçün əlimizdən gələni etdik.
- Xeyli sayda top itkilərini və qırmızı vərəqə almağını nə ilə əlaqələndirərsən?
- Fikrimcə, 10 nəfərlə qaldıqdan sonra top itkisi normal haldır. Çünki komanda azlıqda oynayır. İkinci hissəyə paltardəyişmə otağının pəncərəsindən baxmışam. Hətta deyərdim ki, mənim üçün həyatımın ən çətin 45 dəqiqəsi idi. Yekunda isə bütün komanda yoldaşlarım mənə dəstək oldular. Komandamın azlıqda qoymaq istəmirdim. Amma düşünürəm ki, çətinlikdə qalsalar da, 2-ci hissədə daha aqressiv mübarizə apardılar. Meydanda daha 1 nəfər olsaydı, fərqli çıxış edib, qələbə qazana bilərdik. Amma buna nail ola bilmədik.
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir