Bu gün fəaliyyətini dayandırmış “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun yubileyidir. Onun 55 yaşı tamam olur.
H.Məmmədov 2004-cü ildən etibarən “Bakı” klubunun prezidenti olub. Onun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 300 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunlarından 40-ı Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında forma geyir. “Bakı”nın yetirmələrinə Premyer Liqa və I divizionun əksər klublarında rast gəlmək mümkündür.
Hafiz Məmmədov uğurlu iş adamı olması ilə bərabər, Azərbaycanın dünyada təbliği yönündə də böyük işlər görüb. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada ölkəmizi yüz minlərlə insanlar tanıyıb. Hər iki klubun oyun formasında "Azerbaijan - Land of fire" loqotipi görüntülənib.
Hafiz bəyi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.
"Bavariya"dan PSV-yə
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi
"Milan" Bonifeyslə razılıq əldə etdi
"Bayer"in əsas hədəfinə çevrildi
"İmişli"dən daha bir transfer - Rəsmi
"Tottenhem" "Mançester Siti"dən əl çəkmir
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
"Milan" futbolçusunu satdı
Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin
"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram
AFFA "Qəbələ"ni cərimələdi
Yenidən qurulan Gəncə stadionundan son görüntülər - Video
"Kayrat", Dastan və bizimkilər
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı