"Real"ın aparıcı futbolçusu Eden Hazard zədələnib.
Qol.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə oyunda (2:2) sıradan çıxıb.
İspaniya mətbuatı yazıb ki, görüşün 69-cu dəqiqəsində zədələnərək əvəzlənən futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər. Komandanın baş məşqçisi Zinəddin Zidan da oyundan sonra keçirilən mətbuat konfransında Hazardın zədəsinin ciddi olduğunu deyib. Topuğundan zədə alan futbolçunun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra tam aydınlıq gələcək.
Xatırladaq ki, "Real"ın bu yay "Çelsi"də 100 milyon avroya transfer etdiyi Hazard bundan əvvəl də 1 aylıq sıradan çıxmışdı.
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video