Son illər Balkan ölkələrindən Azərbaycana gələn məşqçilərin sayında artım var. Xüsusən Xorvatiya iki məşqçi (Robert Prosineçki və Nikola Yurçeviç) müxtəlif vaxtlarda millimizi çalışdırıb və biri indi də işləməkdədir.
Bu gün isə “Sabah” klubu rəsmən baş məşqçi vəzifəsinə Xorvatiyadan mütəxəssis gətirdiyini açıqlayıb. 45 yaşlı Jelko Sopiç ilə 1.5 illik müqavilə bağlanıb. Geniş futbol ictimaiyyətinə çox da tanış olmayan Sopiç ölkəsində müxtəlif vaxtlarda baş məşqçi köməkçisi, baş məşqçi (eləcə də Birləşmiş Ərəb Əmirliklərində) çalışıb.
Bəs, bizim futbol sistemi nə üçün Xorvatiyadan olan məşqçilərlə çalışmağa əhəmiyyət verir?
Qol.az saytının müxbiri mövzu ilə bağlı “Sabah”ın idman direktoru Emin Abbasov və futbol agenti Erkin İbrahimova müraciət edib.
E.Abbasov deyir ki, komandalarının inkişafında Xorvatiya modelinə üstünlük verirlər: "Ötən mövsümün nəticələrinə görə, "Sabah" ölkə uşaq futbolu liqalarında ən yaxşı nəticə göstərən klub oldu. Bu gün ölkədə uşaq futboluna diqqət yetirən klublardan danışırıqsa, "Sabah" bu sırada öncüllərdəndir. Bu məqsədlə akademiyamıza "Dinamo" Zaqrebdən mütəxəssislər dəvət olunub. Niyə "Dinamo" Zaqreb sualını verirsizsə, cavabı aydındır. Çünki bu klubun akademiyası dünyada adından söz etdirib. Düşünürük ki, onların metodikasından faydalanmaq “Sabah” üçün xeyirli olacaq. Əsas komandamızın baş məşqçisinin də "Dinamo" sistemindən çıxmış biri olması da klubun strategiyası üçün önəmli amildir. Yəni, biz bütün xətt üzrə Xorvatiya modelinə üstünlük veririk”.
Erkin İbrahimov isə Balkan məşqçilərini yaxşı tanıdığını, onların inandırmaq bacarıqlarının yüksək olduğunu deyib: “Azərbaycanda Balkan ölkələrindən ən çox futbolçuları mən daşımışam. Həm də mən serb dilində rahat danışıram. Şəxsən mənə bu regionun məşqçiləri, futbolçuları ilə işləmək daha rahatdır. Məşqçilərə gəldikdə isə, deyə bilmərəm ki, Balkan məşqçiləri digər ölkə məşqçilərindən kəskin fərqlənirlər. Sadəcə, onlarda 2 güclü cəhət var. Birincisi adaptasiyadır. Bu regionun insanları istənilən şəraitə çox tez alışırlar. Onlar nəinki Azərbaycan, istənilən ölkəyə gəldikdən 2-3 gün sonra ölkənin siyasi durumuna kimi hər şeyi öyrənirlər. Bir də adamı inandırmaq bacarığını qeyd edə bilərəm. Həm də onlarda bir-birinə kömək etmək xüsusiyyətləri də var”.
E.İbrahimov Balkan ölkələrinin futbolda lobbisinin çox güclü olduğunu bildirib:
“Onlarda lobbi çox güclüdür. UEFA-da, FİFA-da mühüm postları tuturlar. Bu lobbi ölkəmizə Balkan məşqçilərinin gətirilməsinə təsir edə bilər. Dəqiq detalları da bilmək lazımdır. Ancaq bunu deyim ki, onların əlaqələri çox yaxşıdır. Baxırsan ki, istənilən ölkədə təmsilçiləri var. Məsələn, “Sabah”ın yeni baş məşqçisi Dubayın ən adlı-sanlı klubundan gəlib. Elə bir çempionat, region yoxdur ki, orada Balkan mütəxəsisləri olmasın. Onlar özlərini çox yaxşı sırıya bilirlər. Tarixən mentalitetləri belə olub. Yəni, özlərini təqdim edə bilirlər. Baxırsan ki, tam uğurlu məşqçi deyil, ancaq ona elə don geyindirirlər ki. Yəni, onların xasiyyətlərini çox yaxşı bilirəm. Bir klub rəhbəri olsun, ya başqa biri olsun, onları ofsunlaya bilərlər. Ancaq mən onları elə yaxşı tanıyıram ki, mənə edə bilməzlər. Onların mentalitetinin xırdalığına kimi bələdəm və bilirəm ki, ağızlarından çıxan söz hansı mənanı ifadə edir. Məndən asılı olsaydı, Azərbaycanda işləyən bir çox məşqçi bura gələ bilməyəcəkdi”.
O, Azərbaycana gələn Balkan məşqçilərinin bir çoxunun heç ölkələrində də uğurlu sayılmadığını söyləyib: “Balkan menecerlərlə işləyirəm, görüşürəm. Ölkələrinə gedib gəlirəm. Balkan futbolunun bir çox aparıcı fiqurlarını da tanıyıram. Yenə deyirəm, sadəcə olaraq, onlar futbolu bir az dərindən bilməyən, futbolda təcrübəsi olmayan adamı bir saniyəyə ofsunlayırlar. Bura gələn bir çox məşqçiləri nəinki mən, heç öz ölkələrində də uğurlu saymırlar. Məsələn, Pantiçi misal çəkim. Pantiç bu gün hardadır? Ümumiyyətlə, bu adam məşqçi deyil. Amma “Bakı”ya gəldi, milyonlar qazandı. “Bakı”dan sonra nə elədi, hardasa işləyibmi? Mənim yadıma gəlmir".
Menecer son olaraq, “Sabah”ın yeni baş məşqçisi Sopiçdən danışarkən onu tanımadığını da əlavə edib: “Federasiyanın Balkan menecerlərlə münasibətinin bu təyinatlarda nə dərəcədə rol oynayıb? Bunuт rolu ola da, olmaya da bilər. Onsuz da, hər transferin, məşqçi təyinatının arxasında insan münasibətləri dayanır. Təbii ki, kiminsə kimlərlə münasibəti var ki, bu transferlər, məşqçi təyinatları baş tutur. Qaldı ki, “Sabah”ın baş məşqçisi Sopiçə. Bəlli məsələdir ki, "Sabah"ın “Dinamo Zabreq” klubu ilə əməkdaşlığı var və bu əməkdaşlıq çərçivəsində məşqçi gətirilib. Uğurlu olub-olmayacağını deyə bilmərəm. Amma açığı, mən Balkan futboluna çox yaxşı bələd biri kimi, Sopiç tanımırdım. Mənim üçün gözlənilməz oldu”.
Məftun RƏSULZADƏ
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”
Qurban Qurbanov AFFA-dan inciyib? - Rövşən Nəcəfdən açıqlama
AFFA idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb
"İnter"dən müflis olmaq riski ilə bağlı xəbərlərə reaksiya
Vitali Borisov: “Bu, bizim üçün nüfuz oyunudur”
“Limitin ləğvi futbolumuz üçün yaxşıdır” - Maqsud Adıgözəlov
Bir mövsümdə futbol klublarımıza nə qədər pul xərclənib?
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar
Salah "Liverpul"da qalır - Rəsmi
UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait məlum oldu
Qurban Qurbanov Hesabat Konfransına qatılmadı
SOCAR ötən il AFFA-ya nə qədər vəsait ayırıb?
"Fernandu Santuşa narazılığımızı bildirdik" - Rövşən Nəcəf
"Real"ın sabiq baş məşqçisi vəfat etdi
"Çelsi"dən böyükhesablı qələbə
ÇL-də həftənin rəmzi komandası
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə
1-ci Liqa matçında 7 qol və 1 "qırmızı" - Video
İtaliya klublarının hədəfindədir
MOİK-dən baxımlı qol və qələbə - Video
"Raysın cərimə zərbələrinin təsirli olduğunu düşünmürəm"
MOİK və "Zaqatala"dan qələbə, Lökbatanda qol vurulmadı