Kapitan “Sumqayıt”ın tarixinə düşdü

Kapitan “Sumqayıt”ın tarixinə düşdü
XƏBƏR 25 Noyabr 2019 / 11:10 2728
-  A +

Premyer Liqanın XII turunun “Sumqayıt” – “Qarabağ” (2:1) oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu komandanın heyətində 159-cu çempionat matçına çıxıb. O, bu müddətdə 1 qol vurub.

Vurğun “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.

Daha çox


Son xəbərlər
05.11.25  22:20

Kadi sıradan çıxdı

05.11.25  12:34

PSJ Dembeleni itirdi