"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olduqları görüşdən sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan əvvəl də çətin olacağını bilirdik. Son turlarda "Sumqayıt" həqiqətən də yaxşı oyun nümayiş etdirirdi. Bilirsiniz ki, komandamızın çoxsaylı futbolçusu milli komandada çıxış edir. Demək olar ki, təkcə dünən komanda şəklində məşq etmişik. Bu matça 7-8 nəfərlə hazırlaşırdıq. Həmişə millinin toplanışından sonra çətinlik çəkmişik. Oyunlarımız ağır alınıb. Amma bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. Xüsusən, ikinci hissədə yaxşı çıxış etdilər. Ancaq tam əksinə, bizim ikinci hissədə oyunumuz alınmadı.
- İkinci dövrə sizin üçün pis başlayıb. 5 oyuna cəmi 1 qələbə qazanmısınız. Bu gün də məğlub oldunuz.
- Çox sıx qrafikdə oynayırıq. Artıq komandada yorğunluq hiss olunur. Əslində, ilk hissədə yaxşı oynayırdıq. İkinci hissədə tempimiz düşdü. Bunların hamısı yorğunluqdandır. Yorğunluq iyul ayından toplanıb, son qarşılaşmalarda da özünü hiss etdirir.
- "Sevilya" ilə ağır səfər oyununuz var. Komandanın yorğunluğu yəqin ki, mənfi təsir edəcək.
- Ümid edirəm ki, təsir etməz. Toparlanmaq lazımdır. Vacib oyundur.
- Bu görüşdən nə gözləyirsiniz?
-. Əlimizdən gələni edəcəyik. "Sevilya" ilə qarşılaşırıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xal ilə qayıdaq.
- Sonda hakimə nəyisə izah etmək istəyirdiniz.
- Birinci hissədə epizodla bağlı danışırdıq. Çünki Vüqara ikinci sarı vərəqəni göstərməyi düşünürdü. Mən elə başa düşdüm ki, yaxınlaşanda ikinci sarı vərəqənin olacağını bilib, vermədi. Amma ona yaxınlaşırdı. O epizodda göstərməyib, burada niyə göstərdin deyə müzakirəmiz oldu.
- Bəs, İsmayıl İbrahimliyə göstərilən qırmızı vərəqə ilə bağlı nə düşünürsünüz?
- Həmin epizodu görmədim. Baxmaq lazımdır. Əminliklə qırmızı vərəqəlik epizod olduğunu dedilər.
- Qollar təxminən eyni vəziyyətdən vuruldu.
- Hər ikisi top itkisindən oldu. Hücuma çıxarkən bizi yaxaladılar. Bilirdik ki, oyunu bunun üzərində quracaqlar. Birinci hissədə imkan vermədik. İkinci hissə başladıqda isə top itkilərimiz çox oldu. Bundan istifadə etdilər. Təbii ki, sən hücuma çıxanda top itkilərinə yol verirsənsə, arxada boşluqlar yaranacaq, rəqib əks-hücumda yaxalayacaq. Birinci qolu belə buraxdıq. İkinci qol isə daha fərqli idi.
“Yuventus”la razılaşdı
PSJ futbolçusunu icarəyə verdi
Bernardeskinin yeni klubu məlum oldu
"Turan Tovuz" Türkiyədə heç-heçə etdi
"Tramp mənə dedi ki..."
Azərbaycan gimnastlarından növbəti qızıl medallar
"Real"da qalır
Azərbaycanın bayraqdarları bəlli oldu
"Mançester Yunayted"dən "Barselona"ya
Obameyanq Fransaya qayıdır
"İmişli" ilk yoxlama oyununu keçirdi
"Qarabağ"ın rəqibi "Arsenal"dan futbolçu transfer etdi
"Karvan" daha bir futbolçu ilə yolları ayırdı
Kurtua qalır, ya gedir?
"Zirə" də iştirak ərizəsini UEFA-ya göndərdi
Sabiq "Qalatasaray"lı "Araz-Naxçıvan"ın rəqibinə keçdi
Rakitiçə "Hayduk"da vəzifə verildi
"Arsenal"la 5 illik müqavilə bağlayacaq
"Hayduk" Bakı səfərindən əvvəl uduzdu
18 yaşlı Endrik evləndi
Azərbaycan güləşçilərindən 5 medal
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı