"Çox sevinirəm ki, 0:1-dən sonra ikinci hissədə dönüş edə bildik. Çox mübarizə apardıq, əla xarakter göstərdik".
Qol.az xəbər verir ki, bu sözləri APOEL-inin baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Qarabağ"la üç dəfə oynamışam. Bura gəldiyim vaxt komandam 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var. Bu dəfə də 0:1 hesabı ilə geriyə düşdükdən sonra ayıldıq. Hesabı öz xeyirimizə dəyişməli idik. Bu isə asan deyildi. Çünki ikinci qolu vurmaq üçün risk edə bilməzsən. Əlbəttə, daha yaxşı oynaya biləcəyimizi bilirik. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam. İlk 60 dəqiqə bir az qoxduq. Avropa bütün komandalara qarşı açıq futbol oynaya bilmirik. Çox çətin qrup oyunu idi" - deyə o bildirib.
T.Doll doğru yolda olduqlarını söyləyib: "Futbolda bəzən qələbə qazana bilirsən, bəzən isə şanslı deyilsən. Biz Kipri Avropda təmsil edən yeganə komandayıq, dəstək olun. Uşaqların son dəqiqələrdə etdiklərindən razıyam. Bunlar cəsarətli oyundan xəbər verir. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik. Hər kəs komanda üçün önəmlidir".
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq