"Barselona"da ciddi itki

"Barselona"da ciddi itki
DÜNYA FUTBOLU 6 Noyabr 2019 / 15:45 2653
-  A +

"Barselona" ciddi itki ilə üzləşib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının 4-cü turunda ötən gecə "Slavia" ilə oyunda (0:0) zədələnərək əvəzlənən Jordi Alba 1 aya yaxın meydana çıxa bilməyəcək.

Bu gün tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyuna 1 qol vurub.

Bizi İnstaqramda da izləyin!

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı