"Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviç oğlunun növbəti dəfə Bosniya və Heresqovina yığmasına çağırılmamasına münasibət bildirib.
Qol.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazdığı şərhdə Beqoviçin yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Heresqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib:
"Asmirin yığmaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Bəzi adamlar federasiya prezidentinin köməkliyi ilə Asmiri yığmadan qovdu. Baş məşqçi təlxək və bir alətdir”.
Yığmamızın sabiq çalışdırıcısı Prosineçki isə Bosniya mətbuatına açıqlamasında Beqoviçi milliyə çağırmamasının səbəbini belə izah edib: "O, Avropa Liqasında yaxşı oynayan "Qarabağ"a getdi. Bizdə Beqoviç üçün yer olacaq. Beqoviç və digər futbolçular kənarda qalsa da, o demək deyil ki, daha yığmaya dəvət almayacaqlar. Sadəcə, onlar hazırda 25 nəfərlik heyətə düşməyə tam hazır deyillər".
Qeyd edək ki, Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb. Prosineçki bir ildən artıqdır ki, qapıda "Qarabağ”ın sabiq qokiperi İbrahim Şehiçə güvənir. Bu dəfə xorvatiyalı çalışdırıcı Şehiçlə yanaşı Kenan Piriç ("Maribor”, Sloveniya) və Yasmin Buriçə (Hayfa "Hapoel”i, İsrail) dəvət göndərib.
Avropa Liqasında 16 oyun
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0
Bernardo Silva transfer xəbərlərinə cavab verdi
Mourinyo Diasın transferini istəyir
Xulian Alvares “Atletiko”da qalacağını açıqladı
İlin ən yaxşı futbolçusu seçildi
“Qarabağ”ın “Kopenhagen”lə oyun üçün - Heyəti
Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq”
İsrail təzyiq etdi, tanınmış şirkət geri çəkildi
Azərbaycan millisinin final sevinci - Şəkillər
Baş məşqçiyə 1 oyunluq qadağa
AFFA prezidenti millimizi təbrik etdi
"Tottenhem"in qış transfer planı
Salah: "Heç vaxt belə atmosferdə oynamamışdım"
"Qarabağ"ın U-19 komandasından ikinci acınacaqlı məğlubiyyət
"Kəpəz"ə yeni baş məşqçi təyin edildi - Rəsmi+Yenilənib
AFFA İntizam Komitəsinin qərarları