Messidən növbəti rekord

Messidən növbəti rekord
DÜNYA FUTBOLU 24 Oktyabr 2019 / 10:59 4446
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, argentinalı hücumçu  Çempionlar Liqasında dünən keçirilən "Slaviya" ilə matçda qol vuraraq turnirin qrup mərhələsində son 15 mövsümdə fərqlənən ilk futbolçu olub.

Messi ÇL-dəki ilk qoluna 2015/2016 mövsümündə "Panatinaikos"la matçda imza atıb.

Qeyd edək ki, “Slaviya” - “Barselona” görüşü Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
05.10.25  14:30

Arne Slotdan antirekord

05.10.25  08:50

Ağlasığmaz təklif