Təmkin hakimə niyə hücum edib? - "Sabah"dan açıqlama

Təmkin hakimə niyə hücum edib? -  "Sabah"dan açıqlama
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2019 / 12:44 4563
-  A +

"Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin Azərbaycan Premyer Liqasının 8-ci turunda  “Keşlə” ilə görüşdən sonra hakimə hücum etməsi ilə bağlı klubdan açıqlama verilib.

Paytax təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a bildirib ki, futbolçunun hərəkəti hazırda araşdırılır:

“Bu məsələni hələ araşdırırıq. Təmkin sadəcə, hakimin qərarına etiraz edib. Məsələ araşdırıldığı üçün hələ ki, başqa nəsə demək çətindir".

Xatırladaq ki, "Keşlə" ilə 1:1 hesabı ilə başa çatan matçın final fitindən sonra millimizin üzvü görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman onu polislər meydandan çıxarıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord