“Qarabağ”ın məşqçiləri Elçin Rəhmanov və Borçe Xristov APOEL-in dünən Kipr çempionatında “Doha Katakokia”ya qarşı oyununu canlı izləyiblər.
Bu haqda Qol.az-a Ağdam klubundan məlumat verilib. Oktyabrın 14-də APOEL-lə “Qarabağ” Avroliqanın qrup mərhələsinin 3-cü turunda Bakıda qarşılaşacaqlar. Bu səbəbdən köməkçi-məşqçilər rəqiblərinin oyununa Nikosiyada baxıblar.
Xatırladaq ki, APOEL dünənki matçda 2:0 hesabı ilə qalib gəlib.