Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib.
Qol.az “Liga3 Online” portalına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu AVRO-2020-nin seçmə mərhələsinin oyunları haqda danışarkən son matçlarda rəqiblərindən geri qalmadılarını söyləyib:“Xorvatiya, Macarıstan, Slovakiya və Uelsin yer aldığı çətin qrupumuz var. Ancaq son matçlarda rəqiblərimizdən geri qalmadıq, məğlubiyyətlər minimal hesablı oldu. Vitse-çempion Xorvatiya ilə 1:1 hesablı heç-heçə önəmli nəticədir. Kiçik futbol ölkəsi kimi hər bir məqamı səbrsizliklə gözləyirik”.
Almaniyanın “Proyssen” klubunda çıxış edən forvard son matçlarda daha çox ehtiyatda qalmasına da münasibət bildirib: “Əlbəttə, meydanda daha çox vaxt keçirmək istərdim. Üstəlik, biz bir hücumçu ilə müdafiə futbolu oynayırıq. Ona görə də çox vaxt əsas heyətdə mənə yer tapılmır. Ancaq oynamaq üçün hər şey etməyə hazıram. Bəhreyni 3:2 hesabı ilə məğlub etdiyimiz oyunda nəyə qadir olduğumu göstərdim və qol vurdum”.
R. Dadaşov Azərbaycan millisində qardaşı Renat Dadaşovla birgə çıxış etməyin onun üçün qürurverici olduğunu söyləyib. O, özü kimi hücumçu olan kiçik qardaşının İngiltərə təmsilçisi “Vulverhempton”a transferindən də danışıb: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil. Onunla görüşə bilmədiyimiz üçün yığmanın heyətində birgə olmağımız ikiqat xoşdur. Renatın böyük potensialı var və düşüncə olaraq da artıq böyüyüb. O, yeniyetmə yaşlarındakı səhvlərindən dərs çıxarıb və indi daha intizamlıdır. İngiltərə Premyer Liqasında çıxış edən klub onunla boşuna müqavilə bağlamayıb. Ona peşəkar karyerasında inanıram. Bütün ailəmiz onu dəstəkləyir”.
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər
“Qalatasaray” Rüdigeri transfer etmək istəyir
Luiş Kastronun yeni klubu açıqlandı
Rüstəm Əhmədzadə: “Dava olan tərəfə heç getmədim"
“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” - Video
İkardi “Milan”a keçə bilər
Ronaldo "Forsaj"a çəkiləcək
Rüfət Abdullazadənin komandası uduzdu
Superliqada 16-cı tur heç-heçə ilə start götürdü
Cəlal oynadı, komandası 1/4 finala yüksəldi
"Qarabağ"ın oyununun biletləri satışda
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video