Kipr mətbuatının yazdığına görə azarkeşlər APOEL-in təcrübəli oyunçusu Giorgos Merkisin "Qarabağ"a Bakıda qol vuracağı təqdirdə "əsgər salamı" verəcəyini gözləyir.
Məsələ ilə bağlı 35 yaşlı oyunçu açıqlama verib. O, Bakıdakı oyunda qol vuracağı təqdirdə "əsgər salamı" vermək haqda düşünmədiyini söyləyib: "Xeyr, bu düzgün deyil. Futbolu siyasətə qatmaq niyyətimiz yoxdur, ümumiyyətlə qatmaq da olmaz. Biz sadəcə, idmançıyıq, işimiz meydanda mübarizə aparmaqdır. Siyasətə qarışmaq fikrimiz isə qəti yoxdur. "Düdelanj" – "Qarabağ" matçında baş verən hadisədən xəbərim var. İnsanları üz-üzə qoymaları doğru deyil".
Merkis "Kiprdə ermənilər çoxdur və "Qarabağ"a qarşı erməni təxribatı təkrarlana bilərmi?" sualına isə bu cür cavab verib: “Bəli, Kiprdə ermənilər çoxdur. Amma polislər də çox olacaq və hamıya nəzarət edəcəklər. Ona görə də narahat olmağa dəyməz. Biz sadəcə meydanda futbol oynamaq istəyirik".
Təcrübəli futbolçu Avropa Liqasının 3 və 4-cü turlarında "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə də danışıb: "Qarabağ" və APOEL eyni səviyyədə olan komandalardır. Təbii ki, hər iki matç çox çətin alınacaq. Fikrimcə, əsl finallıq oyunlar olacaq. Məncə, çox şey də "Qarabağ"la oyunlarda həll olunacaq" (sportinfo.az).
"Çelsi" 16 yaşlı futbolçu ilə razılaşdı
Argentina millisindən qələbə
Ronaldo qırmızı vərəqə aldıqdan sonra nə deyib?
Azərbaycan cüdoçusu bürünc medal qazandı
MLS-in təqvimi dəyişdi
Türkiyə millisində itki
Messi Hindistanda sərvət qazanacaq
Klopp "Liverpul"a qayıda bilər
Haalanddan komanda yoldaşlarına burger qonaqlığı - Şəkil
Maktomineylə 4 klub maraqlanır
Dumfris millidən kənarlaşdırıldı
Mbappe də Bakıya gəlməyəcək
"Karvan-Yevlax" öz meydanına qayıdır - Rəsmi
“Azərbaycan hakimliyi adına böyük uğurdur”
Azərbaycan - Fransa matçının hakimləri açıqlandı
Deşam Azərbaycanla oyunla bağlı nə dedi?
Almaniya millisində itki
"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?
"Çatışmayan hücumdakı bitiricilik idi" - Ceyhun Nuriyev
"Napoli"nin daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Peledən sonra bunu Mbappe də bacardı
Ronaldonun milli karyerasında ilk qırmızı vərəqəsi