Azərbaycanın U-21 millisi Avropa çempionatının seçm' mərhələsində növbəti dəfə uduzdu. Milan Obradoviçin rəhbərlik etdiyi komanda bu dəfə səfərdə Fransaya 0:5 hesabı ilə ağır məğlubiyyətə uğradı. Hazırda komandamız 4 oyundan sonra 3 xalla Lixtenşteynlə birgə qrupda sonuncu – 5-6-cı yerləri bölüşdürür.
Tanınmış futbol ekspertləri Qol.az saytına müsahibəsində U-21 millimizin çıxışı haqda danışıblar.
Səbuhi Səfiyarlıya görə, komandamız evdə Gürcüstanı məğlub etsəydi, indi birinci yerdə olardı: “Məsələ Fransaya uduzmaqda deyil. İndiki heyətlə və istənilən məşqçinin rəhbərliyi altında biz onlara uduzacaqdıq. Fransanın 21 yaşlıları çox güclüdür. Çox güman ki, bu nəsil 6-7 ilə Avropaya çox böyük səs salacaq. Onlarla müqayisədə bizimkilər çox geri qalırlar.
Biz daha çox Gürcüstan və Lixtenşteynə qarşı oyunlarda məğlubiyyətlərin səbəbini araşdırmalıyıq. Bizim komandamızın hazırda 9 xalı olmalı idi. Amma nəzərə almalıyıq ki, komandamızda oyun intizamsızlığı var, yüksək səviyyədə futbolçu da yoxdur ki, nəyəsə nail olaq. Neçə illərdir, bu problem var. Rəşad Sadıqovun vaxtında intizamın qaydasına düşdüyünü demək olardı, amma yenə də nəticələr baxımından fərq olmurdu. Çünki 21 yaşlılar üçün bizim o qədər də çox seçimimiz yoxdur. Əsas milli üçün 20 yaşından 35 yaşına qədər oyunçu seçə bilmiriksə, 20-21 yaş qrupundan oyunçu seçməyimiz ümumiyyətlə mümkünsüz görünür. Neçə illərdir müşahidə edirəm, klublarda işlədiyim vaxtlarda futbolçularla söhbət əsnasında belə fikrə gəlmişəm ki, ən əsas və çatışmayan şey intizamdır”. 
Səbuhi Səfiyarlı
Onun fikrincə, U-21-dən əsas millidə oynamaq potensialına malik futbolçular artıq bu dəvəti alıblar: “Mahir Emreli, Anton Krivotsyuku qeyd edə bilərəm. Keçən il U-21 millisində oynayan Bəhlul Mustafazadə tamamilə təsadüf nəticəsində əsas yığmaya çağırıldı. Həmin oyunda Bədavi Hüseynov, Rahil Məmmədov zədələnmişdi. Məcbur qalıb Bəhlulu əsas heyətə saldılar. Bəhlul da çıxıb öz oyununu göstərdi. Deməli, Bəhlul 6 ay, 1 il əvvəl də belə oynaya bilərmiş. Sadəcə əsas komandadakılar da gənclərə inanmalı, onları heyətə çağırıb yoxlamalıdırlar. Hazırda U-21-dən əsas millidə oynamaq səviyyəsində olan futbolçu yox kimi görünür. Amma Hacıağa Hacılı, İsmayıl İbrahimli, Amin Seydiyev gələcək vəd edir”.
Erkin İbrahimova görə, Fransaya məğlubiyyət səbəbindən komandanı mühakimə etmək ağırdır: “Baxırsan Fransanın heyətinə və görürsən ki, futbolçuları harda çıxış edir. Mənə çatmayan odur ki, bizimkilər oyuna niyə həyəcanlı çıxmışdılar. İkinci dəqiqədə qol buraxmaq nədir? Obradoviç deyir ki, komandamız ilk 3 qolu rəqibə bağışladı. Bağışlamadı, rəqib məcbur etdi ki, həmin qolları buraxaq. Bundan sonra hansı uğurdan danışmaq, hansı uğuru gözləmək olar? Bəlkə də, 0:5 səviyyə fərqinin ən düzgün göstəricisidir. Turnir cədvəlinə baxanda fikir formalaşır. Məsələn, mən Rəşad Sadıqovun komandasını çox bəyənirdim. Rəşadın komandasında oyun vardı. Obradoviç də yeni gəlib. Qiymət vermək çətindir. Üç uğursuz nəticə olmasına baxmayaraq, Slovakiya kimi güclü yığmanı məğlub etdilər. Görürsən ki, futbolçularda potensial var, məşqçi də nələrsə etməyə çalışır. Klubda 6 aydan sonra da məşqçiyə qiymət vermək olur, ancaq millidə belə deyil. Dörd oyunun hamısının uduzsaydıq, deyərdim ki, ya məşqçidə problem var, ya da futbolçuların potensialı yoxdur. Ancaq komanda Slovakiyanı udub, Lixtenşteynə uduzursa, deməli, hazırlıq prosesində hardasa çatışmazlıqlar olub. Lixtenşteynlə oyunda sırf motivasiya problemi olub. Komanda oyuna düzgün köklənməyib”.
Erkin İbrahimov
Erkin İbrahimov deyir ki, əgər komanda Lixtenşteynə uduzursa, məşqçini tərifləyə bilmərik: “Yadıma düşür, həmin oyundan sonra məşqçi bütün məsuliyyəti öz üzərinə götürdü. 90 dəqiqəni hücumda keçirmişdik, ancaq motivasiya problemi var idi. Bizim indi azı 6-7 xalımız olmalı idi. Mən U-21-in oyunlarına sırf nəticə baxımından yox, əsas milliyə oyunçu vermək tərəfindən baxıram.
Məsələn, Rəşad Sadıqov bir addım gələcəyə baxırdı. Ümumiyyətlə, nəticəyə fikir vermirdi. Rəqiblərində 20, 21 yaşlı futbolçular oynayanda, Rəşad 18-19 yaşlı futbolçuları oynadırdı. Belə deyim ki, Rəşad bir addım qabağa atmışdı və bu günü görüb, elə etmişdi. Özü seçmə mərhələnin ortasında gəlmişdi. Onsuz da, o, gələndə komandanın heç bir turnirdə nəticəsi yox idi və Rəşad onları bu günə görə hazırlayırdı. Baxmayaraq ki, daha təcrübəli futbolçular vardı. Ancaq Rəşad İsmayıl İbrahimli, Hacıağa Hacılı və yaxud qapıçı Kamran İbrahimov kimi futbolçuları oynadırdı. Komanda buna görə nə qədər xal itirdi. Mən deyərdim ki, Rəşad Sadıqov Azərbaycan futbolunu göz önünə gətirərək, çalışdı ki, daha gənc futbolçulara şans versin. Onsuz da, gənclər yığması idi və onu daha da gəncləşdirdi. Hardasa, öz baxışı var idi və neynəmək istədiyini bilirdi. Bu baxımdan, Rəşadın işini fərqləndirərdim. Obradoviçə gəldikdə isə, dediyim kimi, Rəşad Azərbaycan futbolunun içindədir və istənilən futbolçunun potensialını daha yaxşı bilir. Obradoviç isə 4 oyunun hamısın uduzsaydı, deyərdim ki, çıx get, bu, sənin işin deyil, bacarmadın”.
Erkin İbrahimov qarşıdakı oyunlar haqda belə danışıb: “Lixtenşteynlə oyunda qələbəni gözləməliyik. Fransaya məğlubiyyəti faciəyə çevirməzdim. Ancaq ümumi oyunlar göstərir ki, Fransadan başqa, hamıyla oynamaq olar. Məncə, hələ heç nə itirilməyib. Mən gözləyirəm ki, seçmə mərhələni 8-9 xalla başa vurmaq olar”.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir