Təhsil Nazirliyi “Sabah”ı təltif etdi

Təhsil Nazirliyi “Sabah”ı təltif etdi
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2019 / 18:20 2456
-  A +

Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində “Təhsil avtobusu-Nəsimi” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində reallaşdırılan “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbinin (23-29 iyul 2019-cu il) uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün “Sabah” Futbol Klubunu təltif edib.
 
“EXPO Center”də keçirilən tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabah” klubunun nümayəndəsi Pərvin Piriyevə təşəkkürnamə təqdim edib.
 

Daha çox


Son xəbərlər
15.10.19  11:02

Ronaldodan 700-cü qol

14.10.19  20:47

PSJ-də Neymar şoku