"Keşlə"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Zirə"ni məğlub etdikləri oyundan sonra brifinq keçirib. Qol.az xəbər verir ki, 28 yaşlı hücumçu öncə oyun barədə danışıb.
- Gözləmirdik ki, oyun bizim üçün belə asan olacaq. Samir Abasov “Zirə”də yaxşı komanda formalaşdırıb. Onlar həmişə iddialı olub, yuxarı yerlər üçün yarışıb. Üç xal bizim üçün vacibdir.
- Vurduğun qolu necə şərh edərsən?
- Özümə maraqlı idi ki, mən niyə beş tur qol vura bilmirdim. Oyundan əvvəl Tanrıdan qol vurmağı istəmişdim. Şükürlər olsun ki alındı. Qolun təkrarına baxandan sonra deyə bilərəm ki, gözəl alınıb, ya yox. Belə görünür, qol həqiqətən də yaxşı alınıb. Mənim qol vurmağımın və bunun gözəl olmasının heç bir fərqi yoxdur, əsas odur, komanda qalib gəldi, bunda mənim də payım oldu.
- “Keşlə”nin bu mövsüm əsas məqsədi nədir?
- Əsas məqdəmiz “Keşlə”ni əvvəlki yerinə qaytarmaqdır. Komanda daha öncə “İnter” adı ilə Avropa Kuboklarında yarışırdı. İndi bizim əsas məqsədimiz çoxlu xal qazanıb, Avropaya vəsiqə əldə etməkdir.
- “Səbail” yaxşı günlərini yaşamır. Bu komanda ilə 2-3-cü yerləri bölüşürsünüz. “Səbail”i gələn turlarda keçə biləcəksiniz?
- “Səbail” yaxşı komandadır, ötən mövsüm o klubda çıxış etmişəm. Baş məşqçiləri Aftandil Hacıyev yaxşı mütəxəssisdir. “Səbail”də elə futbolçular var ki, oyunda istənilən zaman qol vura və təhlükə yarada bilər. Onlara da uğurlar arzulayıram. Düzdür, “Səbail” çətin dönəmdədir. Bütün komandalarda belə çətin günlər ola bilər. İstəyərdim ki, klublarımız yaxşı oynasın, 8 deyil, 12 komandalı çempionat olsun. Klublar daha da çoxalsın. Bu hal futbolçulara, klublara və daha çox milli komandaya xeyir gətirə bilər.
- Sabiq klubun “Neftçi” mövsümə pis başlayıb. Onların bu durumu sizin yuxarı pillələrdə qalmağınız üçün kömək ola bilər?
- İnanıram ki, “Neftçi” çempionluq uğrunda mübarizəyə qayıdacaq. Mən “Neftçi”də oynayarkən də belə çətin günlər olurdu, azarkeşlər də onları anlamalıdır. “Neftçi” Avropa Liqasında yaxşı çıxış etdi. İndi çempionata bir az pis başladılar. Fikir verin, “Qarabağ” bütün oyunlarda qalib gəldi. Bu da onu göstərir ki, onlar daha stabildir. Uzun müddətdir ki, birgə oynayırlar: eyni kollektiv və baş məşqçi. Stabillik “Qarabağ”a uğur gətirir. “Neftçi”nin çempionluq yarışına qayıdacağına inanıram. Onlara uğurlar arzu edirəm.
- Azərbaycan milli komandasına dəvət almamağın nə ilə bağlıdır?
- Milliyə yalnız uğurlar arzulayıram və qələbə gözləyirik. İnanıram ki, onlar Azərbaycan xalqını sevindirəcək. Əlbəttə, yığma komandaya dönmək istəyirəm. Ancaq hər şey ola bilər. Nikola Yurçeviç hələ məni millinin futbolçusu kimi görmür və buna hörmətlə yanaşıram. Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm.
"Şahdağ Qusar"ın qələbəsindən - Video
Yamal: "Həmişə qaçmaq lazım deyil"
Millimiz son dəqiqələrdə qələbəni əldən verdi
"Şəfa"nın futbolçusundan penta-trik - Video
"Mançester Siti" de Brüyneni kimlə əvəz edəcək?
"Fiorentina" De Xeanın maaşını ikiqat artırmağa hazırdır
Qələbə qolunu 90+2-də vurdular - Video
İspan klubunda yumruq davası - Şəkil
Millimizin UEFA İnkişaf Turniri üçün heyəti bəlli oldu
"Şəfa"dan 6 qol, "Qusar" və "Şahdağ Qusar"dan qələbə
Enrike: "Çempionlar Liqasında dayanmaq fikrində deyilik"
“Qəbələ” Premyer Liqada da iddialı olacaq” – Elvin Yunuszadə
Premyer Liqa tarixində antirekord
Fransa klubu baş məşqçisini istefaya göndərdi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
De Brüyne bu kluba keçmək istəyir
Prosineçki məhkəmə qarşısında
Kadinin durumu bəlli oldu
1-ci liqa klubuna texniki məğlubiyyət verildi
AFFA azarkeşi vurmağa cəhd edən futbolçunu cəzalandırdı
Beş güləşçimiz mübarizəyə başlayır, üçü üçün "bürünc" şansı
Emil Balayev: “Neftçi” üçün rəqibin kimliyi önəm daşımır”
Ramil Şeydayev 67-ci oldu
Haaland yaxında "Mançester Siti"dən ayrıla bilər
"Beşiktaş" 2 xalı bu cür əldən verdi - Video
"Napoli"dən xal itkisi
“Beşiktaş” yenə xal itirdi
Millimizin üzvünün komandası uduzdu
Avropa çempionatında 3 "bürünc" şansı
"Araz-Naxçıvan" "Sumqayıt"ı belə üstələdi - Video
Vaqif Cavadovdan məğlubiyyət şərhi
ÇL-də 1/4 final oyunlarının hakimləri açıqlandı
Van Deyk: "Liverpul"la danışıqlarımda irəliləyiş var"
Ramil Şeydayev və Filip Ozobiçin qolları - Video
"Monteneqroya qələbə üçün gəlmişik" - Siyasət Əsgərov
"Mövsümün sonu gərgin keçəcək" - Ayxan Abbasov
"Qızıl top", yoxsa Çempionlar Liqası? - Mbappe seçdi