"Düdelanj"dan ilk

"Düdelanj"dan ilk
DÜNYA FUTBOLU 20 Sentyabr 2019 / 14:19 5053
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj" ilkə imza atıb.

Qol.az-ın turnirin rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə,  dünən APOEL-ə səfərdə 4:3 hesabı ilə qalib gələn komanda qrup mərhələsində qələbə qazanan ilk Lüksemburq klubu olub.

"Düdelanj"la birgə A qrupunda "Sevilya", APOEL və "Qarabağ" çıxış edir.

Xatırladaq  ki, "Düdelanj" bundan əvvəlki Avroliqada "Betis", "Olimpiakos" və "Milan"ın yer aldığı qrupda 1 xal yığmışdı.


Son xəbərlər