Dünən “Sabah” FK-nın Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.
İclasa giriş sözü ilə Maqsud Adıgözəlov başlayıb. Klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb. O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında onun bundan sonra klubda müşavir vəzifəsində çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib.
Daha sonra Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.
Həm Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Ponomaryov Premyer Liqanın “Sumqayıt”la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti başməşqçi kimi fəaliyyətə başlayacaq.
Sonda MŞ-nin sədri Firudin Qurbanov çıxış edərək, İqor Ponomaryovun təcrübəsinin indiki zamanda komandaya faydalı olacağını qeyd edib.
"Roma"dan yeni transfer
Salahdan tarixi rekord
Budapeşt zəfəri - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Mourinyo Neymarın "Fənərbaxça"ya mümkün keçidindən danışdı
"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə istəyir
Burak Yılmaz Superliqa klubunun baş məşqçisi təyin olundu
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
Mane rəqibə zərbə vurdu, qırmızı vərəqə aldı - Şəkil
Erik Bayinin yeni klubu müəyyənləşdi
"Mançester Siti" yeni transferini icarəyə verdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi - Rəsmi
"Bayer" "Sevilya"nın futbolçusu ilə razılaşdı
"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir
"Barselona" formalarını təqdim etdi - Yenilənir
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarıldı
Juninyo "Flamenqo"dan ayrılmağa yaxındır
"İnter" futbolçusunu "Atalanta"ya satdı