Ronaldo atasından danışıb, ağladı - Video

Ronaldo atasından danışıb, ağladı -<b style="color:red">  Video</b>
DÜNYA FUTBOLU 16 Sentyabr 2019 / 18:00 5083
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo "Piers Morgan" telekanalına müsahibəsində göz yaşlarına saxlaya bilməyib.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu 52 yaşında düşyasını dəyişmiş atası haqda videosujetə baxarkən ağlayıb.  Videoda atası 2001-ci ildə kubok qaldıran Ronaldo haqda xoş sözlər söyləyib.

34 yaşlı futbolçu videonun onu yaxşı mənada təəccübləndirdiyini deyib: “Bu videonu heç izləməmişdim. İnanılmazdır.  Hardan tapdığınızı bilmirəm. Bunları ailəmə göstərməliyəm. Atamı lap dəqiqliyi ilə tanımıram. O, son vaxtlar alkoqol düşgünü idi.  Onunla normal insan kimi danışmamışam. Çətindir...".

Ronaldo atasını 20 yaşında olarkən itirdiyini bildirib: "Mən bir nömrəli futbolçu oldum, amma o, heç nə görmədi. Mənim mükafatlarım almağımı və bu yerlərə gəlməyimi görə bilmədi. Ailəm, anam, qardaşlarım və böyük oğlum belə uğurlarımı görür, ancaq o, yox... Çox gənc vəfat etdi".




 

Daha çox


Son xəbərlər
13.10.19  21:28

Almeyda zədələndi