“Barselona”nın futbolçusu millidə zədələndi

“Barselona”nın futbolçusu millidə zədələndi
DÜNYA FUTBOLU 9 Sentyabr 2019 / 11:30 2327
-  A +

Fransa yığması və “Barselona”nın futbolçusu Samuel Umtiti zədələnib.

Qol.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət olunan futbolçu Albaniyaya qarşı matçdan öncəki məşq zamanı zədə alıb.

Buna görə də o, Fransa yığmasının albanlara 4:1 hesabıyla qalib gəldiyi qarşılaşmada forma geyinməyib.

Fransa yığması sentyabrın 10-da doğma meydanda Andorra ilə üz-üzə gələcək. Umtitinin həmin qarşılaşmada da iştirakı sual altındadır.


Son xəbərlər