“Sevilya” rəsmiləri Avropa Liqasının qrup mərhələsininin püşkünə münasibət bildiriblər.
Püşkün nəticəsinə görə, ispanlar A qrupunda APOEL (Kipr), “Qarabağ” (Azərbaycan) və “Düdelanj”a (Lüksemburq) rəqib olublar.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun baş direktor müavini Xesus Arroyo deyib: “Bütün rəqiblərimizə hörmət etməklə deyim ki, qrupu birinci yerdə başa vurmaq istəyirik. Rəqiblərimizin hər biri öz liqalarının qalibi olub. Avropa Liqası vacib yarışdır. Biz son illər bu turnirə böyük əhəmiyyət vermişik. La Liqanı unutmamaq şərti ilə Avropa Liqasında yaxşı çıxış edərək irəli getmək niyyətindəyik”.
“Sevilya”nın texniki departamentinin əməkdaşı Emilio Dias isə deyib: “APOEL və “Qarabağ”ın Avropa təcrübəsi var. Onlar öz meydanlarında rəqiblərinə problem yaradırlar və yaxşı oyun nümayiş etdirirlər. “Dudelanj” isə bir qədər zəif görünə bilər. Amma bu gün Avropada zəif oyun olmur. Rəqiblərimizin adı gözə girməsə də, yaxşı oyun sərgiləyirlər”.
İspaniyanın bəzi mətbu orqanları da püşkə münasibətlərini açıqlayıblar. Bu zaman onlar “Sevilya”nın “Qarabağ”a xüsusi diqqət yetirməsinin vacibliyini bildiriblər.
“Deportes ABC de Sevilla” qəzeti yazır: “Qrupdakı komandalar zəif görünsə də, “Qarabağ” “Sevilya” üçün aldadıcı rəqib ola bilər. Əvvəla Azərbaycana getmək üçün komanda uzun məsafə qət edəcək. Bu, “Sevilya”nın Avroliqada ən uzun yolçuluğu olacaq. Digər tərəfdən unutmamalıyıq ki, Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” yerli liqanın son qalibidir. Bu komanda “Atletiko” Madriddən hər iki matçda xal almağı bacarıb”.
“Eldes Marque” qəzeti isə yazıb: “Lopotegginin komandası bilməlidir ki, “Qarabağ” ispanlara problem yaratmağı bilir. Onların Çempionlar Liqasında “Atletiko” ilə matçlarını yaddan çıxarmamalıyıq. “Qarabağ” 2017/18 mövsümündə “Çelsi”, “Atletiko” və “Roma” il eyni qrupa düşmüşdü. Bu, çox çətin qrup idi. Xüsusən kiçik potensialı olan “Qarabağ” üçün. Amma onlar “Atletiko” ilə matçlarda heç-heçə etməyi (Bakıda 0:0, “Vanda”da 1:1) bacardılar. Yekun nəticədə “Atletiko” üçüncü yeri tutaraq qrupda qaldı. Amma madridlilər sonra Avropa Liqasına düşərək bu yarışın qalibi oldular” – deyə yazıda qeyd edilib.
Nüfuzlu “Marca” qəzeti püşkə bağlı yazısında bildirib ki, “Qarabağ” son 6 ildə Azərbaycan liqasının qalibi olub: “Bu komanda evdə və səfərdə “Atletiko”dan xal aldı. Maraqlıdır ki, “Qarabağ”ın heyətində üç ispan – Xayme Romero, Dani Kintana və Miçel Madera oynayır”.
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı