"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa iqasının pley-off mərhələsinin "Linfild"lə Bakıda keçirilən cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Matç barədə fikirləriniz necədir?
- Oyunun xüsusən sonluğu çox gərgin keçdi. Matça yaxşı başlayıb erkən qol vurduqdan sonra topa nəzarət etməyə, irəli atılmağa və tempi salmağa başladıq. Hələ cəmi bir top fərqi ilə uduzduğu üçün rəqib risk etmək istəmirdi. Bizi öz üzərlərinə çəkərək əks-hücumlara çıxmaq niyyətində idilər. İlk görüşdən sonra onları yaxşı analiz etmişdik. Bilirdik ki, əsas silahları əks-hücum və standart vəziyyətlərdir. Ona görə də ehtiyatlı davranırdıq. İkinci hissədə isə yaxşı qol imkanlarımız oldu. Rəqib isə təhlükəli standart vəziyyətlər əldə etdi. İkinci qolu vurduqdan sonra bir qədər rahatlaşdıq. Uzatma dəqiqələrində qol buraxsaq da, sevinirik ki, hər şey bizim üçün yaxşı qurtardı.
- Adətən, "Qarabağ" belə komandalara asanlıqla qalib gəlirdi. Amma bu dəfə hər iki görüş olduqca çətin keçdi. Kipr APOEL-inə Çempionlar Liqasındakı məğlubiyyətin təsiri hiss olunurdu?
- Həm APOEL-ə evdə, həm də "Linfild"ə səfərdə məğlub olduğumuz matçların təsiri var idi. Uduzmaqdan-uduzmağa fərq var. Elə olur ki, yaxşı oynayırsan, qol imkanları yaradırsan, üstünlük səndə olur, amma üst-üstə iki dəfə yenilirsən. Bu da komandanı istər-istəməz psixoloji cəhətdən zədələyir. Bu gün o psixoloji basqı üzərimizdə var idi. Uşaqların üzlərindən də göründü ki, ikinci qoldan sonra bir az rahatlaşdılar. Halbuki, bu qoladək üzərimizdə qorxu var idi. Çox sevindiricidir ki, bunu üzərimizdən ata bildik. Digər tərəfdən, pley-off mərhələsində hər bir rəqib sonadək mübarizə aparır, şansından yararlanmaq istəyir. Şadıq ki, istəyimizə nail olduq və 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldik.
- Düşünmürsünüz ki, bu, ən çətin pley-off oyununuz idi?
- Bundan da gərgin keçənləri olmuşdu. Amma indi evdə oynadığımızı nəzərə alsaq, ən çətin oyunumuz oldu. Əvvəlki mövsümlərdə evdə İsveç "Göteborq"u, Moldova "Şerif"i və İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmalarda 3:0 hesablı qələbə qazanmışdıq. Amma bu dəfə belə olmadı. Əslində qrup mərhələsinədək avrokubok oyunlarımızı çox yaxşı keçirdik. Cəmi 2 görüşdə uduzmuşuq, amma hər birində rəqibdən üstün oynamışıq. Ümumən, komandamızın oyunu pis deyil. Çalışıb daha da yaxşılaşdırmalıyıq ki, qrup mərhələsində uğurla çıxış edək.
- Qrup mərhələsi barədə komandada hansı fikirlər var idi?
- Bu barədə heç düşünmürdük. Çünki "Linfild"ə ilk matçda məğlub olmuşduq. Əslində cütün taleyini elə Şimali İrlandiyada həll etmək istəyirdik. Hətta 1:0 hesabı ilə öndə olduqdan sonra da geri çəkilmir, böyük qüvvə ilə irəli atılırdıq. Məğlub olduqdan sonra isə sırf oyunu fikirləşirdik. Məncə, artıq hər oyuna final kimi yanaşmalı, maksimum xal qazanmağa çalışmalıyıq.
- Qrupda 2-ci yeri tutmağı qarşınıza minimum vəzifə kimi qoymusunuz?
- Çox istərdik ki, belə olsun.
- Rəqiblər arasında İspaniya "Sevilya"sı, Portuqaliya "Portu"su, Rusiya SSKA-sı kimi komandalar var. Belə iddialı klublara qarşı oynamağa hazırsınız?
- Bunu zaman göstərəcək. Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var. Həmçinin də "Qarabağ"ın. Baş məşqçimiz Qurban Qurbanov açıqlamalarında transfer danışıqlarının aparıldığını və axtarışda olduğumuzu bildirib. Amma vaxt az qalıb. Alınıb-alınmayacağını zaman göstərəcək.
- Maqaye Qaye nə zaman daha yaxşı oyun göstərə biləcək?
- Qeye komandaya gec qoşuldu. Özü də açıqlamalarında həmin vaxt formasından uzaq olduğunu bildirib. Buna baxmayaraq, avrokuboklarda iki qol, bir məhsuldar ötürmə müəllifi olub, Premyer Liqada da fərqlənməyi bacarıb. Çox yaxşı performans göstərir. Bu gün də meydanda ən yaxşılardan idi. Topa yapışır, mübarizə aparırdı. Rəqib çox sıx oynayırdı. Düşünürəm ki, Qeye öz işini gördü. Xüsusən, ilk qolda ideal ötürmə verdi. İnanıram ki, bundan da yaxşı formada olacaq.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir