“Linfild”in müdafiəçisi Nayl Kvin Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az “BelfastLive”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Linfild”in qrup mərhələsində oynamaq şanslarının çox olduğunu bildirib. Kvin “Qarabağ”ın dinamik oyun sərgilədiyini deyib: “Qarabağ” texniki baxımdan güclüdür, onlar səni hərəkətə gətirə bilirlər. Onlar heç gözləmədiyin halda səni qapının qarşısında sıxışdıra bilərlər. İlk oyunda futbolçularımız 11-12 kilometr məsafə qət etdilər. Bu, böyük göstəricidir. Amma “Qarabağ” kimi komanda ilə oyunda belə hallara hazır olmalısan”.
Nayl Kvin “Qarabağ”ın “Dundalk”a doğma meydanda 3:0 qalib gəldiyini qeyd edərək rəqibin evdə fərqli oyun göstərəcəyini deyib: “Asan oyun olmayacaq, ancaq futbolun gözəlliyi də elə bundadır. İsti hava amili bizə bir qədər çətinlik yarada bilər. Bununla belə, biz heç kimin gözləmədiyi halda ilk matçda 3:2 hesablı qələbə qazanmışıq. Əks-hücuma yaxşı çıxan və onu tamamlaya biləcək oyunçularımız var. Bizim üçün bu oyun inanılmaz təcrübə olacaq. Bacardığımızdan artığını edə bilmərik. Amma biz həmişə nəyisə arzulayırıq. Bilirik ki, qələbə komandaya qrupa düşərək Avropanın nəhəng klubları ilə oynamaq üçün böyük imkan yaradacaq. Hamı bizim şanslarımızın olmadığını deyirdi. Ən gözəli isə üzərimizdə təzyiqlərin olmaması idi. Biz artıq gözləniləndən artığını etmişik”.
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” görüşü saat 20:00-da başlayacaq.
Salahdan tarixi rekord
Budapeşt zəfəri - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Mourinyo Neymarın "Fənərbaxça"ya mümkün keçidindən danışdı
"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə istəyir
Burak Yılmaz Superliqa klubunun baş məşqçisi təyin olundu
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
Mane rəqibə zərbə vurdu, qırmızı vərəqə aldı - Şəkil
Erik Bayinin yeni klubu müəyyənləşdi
"Mançester Siti" yeni transferini icarəyə verdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi - Rəsmi
"Bayer" "Sevilya"nın futbolçusu ilə razılaşdı
"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir
"Barselona" formalarını təqdim etdi - Yenilənir
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarıldı
Juninyo "Flamenqo"dan ayrılmağa yaxındır
"İnter" futbolçusunu "Atalanta"ya satdı
Misli.az-da yeni futbol və basketbol mərcləri
"Roma" onu icarəyə göndərdi
"İnter"dən ani qərar
“Trabzonspor”dan ikinci qələbə